banner
banner

Gündəm

Məktəblər aprelin 2-dən bağlanacaq? - Məsələyə aydınlıq gətirildi - VİDEO

Məktəblər aprelin 2-dən bağlanacaq?

Sosial şəbəkələrdə aprelin 2-dən 14-dək məktəblərdə ənənəvi tədrisin dayandırılacağı ilə bağlı xəbərlər yayılıb. Xəbər Bakı şəhəri üzrə Təhsil idarəsinin loqosu altında paylaşılıb.

Musavat.com BAKU.TV-yə istinadən xəbər verir ki, qurumdan bunun saxta olduğu bildirib. Qeyd edilib ki, əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar.

Dünən Qəbələ rayon 3 nömrəli orta məktəb distant tədrisə keçib. Həmin məktəbdə fəaliyyət göstərən müəllimlərdən birində koronavirus aşkarlandığına görə ənənəvi dərslər iki həftəlik dayandırılıb.

Ölkə ərazisində fəaliyyət göstərən 4447 orta ümumtəhsil məktəblərinin 4427-də fevralın 21-də ənənəvi tədris bərpa olunub. Bu məktəblərin 100-ə yaxınında koronavirus aşkarlandığından distant təhsilə keçid edib.

Paytaxt ərazisində bəzi məktəblər bir-birinə yaxın məsafədədir. Bu məktəblərdə təhsil alan və çalışan şəxslərin də bir-biri ilə ünsiyyətdə olduğunu nəzərə alsaq, COVİD-19-un məktəblərdə yayılma tendensiyasının davam edəcəyini deyə bilərik. Bu da tədrisin distant formaya keçməsini qaçılmaz edə bilər.

Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya dövründə tədrisin hansı formada təşkil edilməsi ilə bağlı sorğu keçirir. Sorğunun məqsədi bununla bağlı ictimai rəyin öyrənilməsidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.