banner
banner

Gündəm

Erməniləri lal edəcək- FAKT

Erməniləri lal edəcək-

Sabah ermənilər qondarma soyqırımlarının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Hər yerdə Osmanlı imperiyasında başlarına gətirilən "oyunlardan" danışan, bar-bar bağıran ermənilərin tarixlə üzləşməyə üzləri yoxdur. Dəfələrlə Türkiyə tərəfinin arxivlərin açılması, tarixçilərin 1915-ci il hadisələrini araşdırması barədə təklifini qulaqardına vuran ermənilərin arxivlərdən çıxan vəhşilikləri qan dondurur. 
Şahidlər müsəlman əhalinin ötən əsrin əvəllərində məruz qaldıqları vəhşilikləri gözlər önünə sərmək üçün kifayətdir. Cia.az-ın TRT-ə istinadla erməni qətliamlarının, vəhşiliklərinin canlı şahidi olanların xatirələrini təqdim edir. 
"Anam mənə sipər olduğu üçün erməni qətliamından xilas ola bildim". Bu sözlər birinci dünya savaşı zamanı ermənilərin törətdikləri qətliamdan xilas olan şahidlərin sözləridir. 
Ərzurumun Aziziyə rayonunda yaşayan İsmail Gürcan daşnakların törətdiklərini gözlər önünə sərib. Onun sözlərinə qətliam ərəfəsində ermənilər kəndlərə giriş-çıxışa icazə verməyiblər.

"Qətliam günlərində erməni əsgərlər qar təmizləmə bəhanəsi ilə hamını meydana topladılar. Axşam düşəndə silah səsi eşidilib. Heç kim qaça bilməsin deyə hər evin qarşısında növbətçilər qoyulmuşdu. Səhərə qədər fəryad səsləri, iniltilər kəsilmədi. Səhərə yaxın gəlib qalan qoca, qadın və uşaqları da apardılar.

Bizi güllələdilər. Anam mənə sipər olduğu üçün bütün güllələr ona dəydi. Ermənilər hətta meyitləri belə süngüdən keçirdilər. Anamın cəsədinin altında qaldığım üçün onun meyitindən keçən süngü məni də yaraladı. O zaman insan robot kimi olmuşdu. Onda heç bir ağrı-acı duymadım". 

Gürcanın sözlərinə görə, heç kim daşnaklar qədər vicdansız ola bilməz. O, ermənilərin sonradan məzlum kimi göstərilməsinin də yolverilməz olduğunu deyir. 

"Onlar qədər zalım millət yoxdur. Yaxşılıq gördüklərinə həmişə zülm ediblər. Qərbə də pisliklər edəcəklər".

Erməni qətliamının qurbanlarından biri də Vanda yaşayan İbrahim Sargın olub. Onun 65 qohumu ermənilər tərəfindən qətlə yetirilib. 

"Ermənilər indi türklərin onları təhqir etdiyini deyirlər. Biz onlarla qonşu olmuşuq. Onların səlahiyyətləri artandan sonra yollarını azdılar. Ermənilər qadınlara təcavüz edib, uşaqlarını təndirə atdılar. Üç aylıq uşaq təndirdə diri-diri yandı". 

Qətliamlar zamanı 13-14 yaşlarında olan Ərzincanlı Ahmet Tohumcu da ermənilərin insanlığa zidd hərəkətlərini ən xırda detalına kimi xatırlayıb. 

"Əmim qızını axtarmaq üçün atamla kəndə getmişdik. Burada addım atmağa yer yox idi. Hər yer cəsədlə dolu idi. Atamla əmim cəsədləri maşına yükləyirdilər. Təndirin yanında süngüdən keçirilən uşaqlar, balta ilə boynu vurulanlar. Başı bir, bədəni digər tərəfdə olanlar. Axşama qədər 600-ə yaxın cəsəd daşıdıq. Ermənilərin bizə vurduqları ziyan heç bir kitabda yoxdur".

CİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.