“Qızlar, qadınlar və innovasiya”- Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) qlobal məkanı aprel ayında məhz bu mövzu ətrafında səylərin birləşdirilməsinə səsləyib. Hər kəsi aprelin 23-nə təsadüf edən “İKT Qızlar günü”nün milli səviyyədə təşkilinə çağıran BTİ ölkələr üzrə builki tədbirlərdə rekord sayda qız və gənc qadınların iştirakına ümid edir. Beynəlxalq təşkilat hesab edir ki, qadınların yeni nəsli üçün İKT sahəsində parlaq gələcək imkanlar mövcuddur: “İKT sektorunu parlaq gələcək gözləyir. Bu sahə çox az öyrənilib, az tədqiq edilib. Yaradıcılığa açıq, innovasiyalar, yeni iş üsulları, qarşılıqlı təsirlər və təlimləri özündə cəmləşdirən bu sahə qadın və kişilərə eyni dərəcədə maraqlıdır”.
BTİ tərəfindən aparılan tədqiqatın gedişatında müəyyən olub ki, qadınların yalnız 30 faizi orta texniki heyətdə, 15 faizi rəhbər vəzifələrdə, strategiya və planlaşdırma sahəsində çalışanlar isə 11 faizdir.
Tədqiqat göstərir ki, son onillikdə kişi və qadınlar arasında məşğulluqda ayrı-seçkiliyin aradan qaldırılması Avropada iqtisadi artımın əldə olunmasında əhəmiyyətli amil oldu. BTİ qadınların İKT sektorunda iştirakının artırılması ilə bağlı tövsiyələrini də səsləndirib. Belə ki, informasiya-rabitə texnologiyaları, elm və texnika sahələrinə cavabdeh nazirliklər İKT sahəsində proqram və təşəbbüslərin reallaşdırılmasında gənc qadınlarla daha çox sıx əməkdaşlıq yaratmalıdırlar.
“İKT Qızlar günü”ndə milli səviyyədə təşkil edilən müxtəlif formatlı tədbirlərdə qadınlara İKT sektorunun gələcək perspektivləri daha aydın izah edilməli, onların bu sahədə çalışmasına maraq oyadan müxtəlif təşviq tədbirləri reallaşdırılmalıdır.
Ümumilikdə İKT sektorunda qadınların fəallığının artırılmasına dəstək bu qurumlar tərəfindən yürüdülən siyasətin əsasını təşkil etməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.