banner
banner

Dünya

Şahzadədən Yəməni bombalayanlara - "Bentley" hədiyyəsi

Şahzadədən Yəməni bombalayanlara -

Səudiyyə şahzadəsi Yəməni bombalayan pilotlara "Bentley" hədiyyə edəcək.
Dünyanın ən zəngin şəxslərindən biri olaraq tanınan Səudiyyə şahzadəsi Əl-Vəlid Bin Talal Yəmən əməliyyatına qatılan pilotların hər birinə 1 milyon dollar dəyərində lüks avtomobil verəcək. 
Twitter-də 300 milyon dollarlıq hissə payı olan və 23 milyard dollarlıq sərvətə sahib olan Talal pilotlara verilməsi üçün 100 "Bentley" sifariş verib. 
Qeyd edək ki, dünyanın ən varlı 16-cı milyonçusu sayılan Talal bundan öncə də anoloji addım atmışdı. Şahzadə Səudiyyə Ərəbistanı millisinin oyunçularına 25 "Bentley" hədiyyə etmişdi. 
Məlumata görə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin bombardmanı nəticəsində Yəməndə 1000-dən çox şəxs dünyasını dəyişib, 4 mindən artıq şəxs isə yaralanıb. Bunların əksəriyyəti aralarında uşaq və qadınların da olduğu mülki vətəndaşlardır. 





Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.