Aprelin 23-də “Uydurma “1915-ci il erməni soyqırımından” Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri” mövzusunda konfrans keçilir. Yeni Azərbaycan Partiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, azərbaycanlı və türkiyəli tarixçi alimlər iştirak edirlər. YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ermənilər artıq neçə illərdir “qondarma soyqırım” haqqında dünyaya yalan məlumatlar yayırlar. Bu məlumatlar heç bir tarixi sənədə əsaslanmır.
Erməni yalanlarının yayılmasının qarşısının alınması və ifşa olunması üçün həm Azərbaycan, həm də Türkiyədə mühüm işlərin görüldüyü deyən M.Qurbanlı bu məsələdə ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlatdı. Bildirdi ki, martın 31-nin azərbaycanlıların soyqırımı günü elan olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Azərbaycanlı alimlərin apardıqları araşdırmalar nəticəsində bütün dünyaya məlum oldu ki, guya “soyqırımı”na məruz qaldıqlarını iddia edən ermənilər əslində azərbaycanlılara qarşı ötən əsrdə dəfələrlə amansız soyqırımları törədiblər, xalqımızın əmlakını talan ediblər.
Tədbirdə çıxış edən azərbaycanlı və Türkiyədən gələn alimlər, tarixçilər ermənilərin azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasətindən və törətdikləri terror aktlarından danışıblar.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.