Ermənistan mətbuatı itkiləri yenidən gizlətməyə cəhd edib. Erməni KİV-i iddia edir ki, təmas xəttində işğalçı qüvvələrinə məxsus hərbi maşının minaya düşməsi və 10 erməni əsgərin ölməsi xəbəri yanlışdır. Rəsmi İrəvanın sifarişi ilə yazılan məlumatlarda "iLur.am" saytına xaker hücumu ilə bu məlumatın yerləşdirildiyi qeyd edilir. Qarşı tərəf iddia edir ki, görüntüləri yayan "iLur.am" saytının ümumiyyətlə rusdilli versiya yoxdur.
Qaş düzəldən yerdə vurub göz çıxardan erməni KİV-i açıq-aşkar yalan məlumatlar yayır. Yerli əhalini sakitləşdirməyə hesablanmış bu informasiyalar ölkədəki panikanı azaltmaq məqsədi daşıyır.
Görüntüdən də aydın olduğu kimi sözügedən saytın rusdilli versiyası var. İtkiləri açıqlamaqdan çəkinən İrəvan KİV-in əlilə əhalinin başını qatmağa çalışır.
Erməni tərəfi o qədər təşvişə düşüb ki, məlumatın yalan olduğu və itki vermədiyini göstərmək üçün strateji səhvə yol verib. Mina partlayışının video görüntüsü Youtube videoportalından silinib. Əgər məlumatlar yanlış idisə erməni tərəfi videonu saxlamaqla bunu sübut edə bilərdi. Youtube-a yüklənmiş videonun silinməsi ilə onlar dolayısı ilə itkilərini etiraf edirlər.
Ermənilər hərbi avtomobillərin minaya düşməsi görüntülərini şəbəkədən silsə də ANS PRESS həmin kadrları sizə təqdim edir:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.