banner
banner

Dünya

"Rusiyanın ABŞ-a mesajı: dünyanı yenidən bölək" - KİV

"Rusiyanın ABŞ-a mesajı: dünyanı yenidən bölək" - KİV

Yeddi il öncə kansler Angela Merkel Rusiya lideri ilə Ukraynadakı müharibənin sona çatması barədə danışıqlar aparmağa çalışdı. Daha sonra ABŞ Prezidenti Barak Obamaya Vladimir Putin barədə danışdı: "O, paralel bir dünyada yaşayır". Bu indi də belədir.

Axar.az xəbər verir ki, bu barədə Polşanın "Rzeczpospolita" nəşrində dərc olunan analitik yazıda bildirilib.

"Putin nüvə silahsızlaşmasına dair yeni bir razılaşma üçün Belarus və Ukraynanın təsir dairəsində olmasını istəyir. Düzdür, 7 ildir müharibə şəraitində olan Kiyevə necə diktə edəcəyi barədə heç bir şey deməyib. Ancaq Kreml elitasının ümumi fikirini nəzərə alsaq, bu prosesi təsəvvür etmək olar.

Öz iradəsini ukraynalılara göstərən Putin Vaşinqtona işarə verir: Yalnız onunla birlikdə imperatorluğunun sərhədlərini çəkəcək! Moskva böyük gücləri tanıyır və düşünür ki, kiçiklər itaət etməlidir. Vaşinqton Ukraynadakı "imperialist əlaltıları"na Vladimir Putinə təzim etmələrini əmr etməlidir və Rusiyanın fikrincə, bu, kifayətdir", - məqalədə qeyd olunub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.