banner
banner

Gündəm

Zahid Oruc: ”Gözəl binalara malik olmaqla iş bitmir.."

Zahid Oruc: ”Gözəl binalara malik olmaqla iş bitmir.."

5 il əvvəl bu tribunadan böyük dövlət adamı Heydər Əliyevin o vaxtkı Maliyyə nazirinə tapşırığını-xalqın suallarına məhz özünün cavab verməli olduğunu xatırlatmışdıq. 3 aprel tarixində Prezident Sarayının qarşısına ümid yeri kimi gələn itkin hərbçi valideynlərinin qarşısına çıxan Baş prokuror Kamran Əliyevin də davranışları ehtirama layiqdir.

Biz Prokurorluğun keçmişi ilə müqayisələr aparmırıq, lakin Administrasiya-Baş Prokurorluq arasındakı yolu övladları savaşdan keçən ata-analarla birgə addımlamaq, 5 aydır nisgil və ağrı yaşayan valideynlərə səmimi canıyananlıq göstərmək, sərt ittihamlara soyuqqanlıqla cavab vermək nümunəvi hərəkətdir. Yeni məmur obrazları, fərqli idarəçilik mədəniyyəti məhz belə formalaşır.Biz televiziya və radio kanallarında həmin dərdli adamlara tribuna verilmədiyinə dair tənqidləri qəbul etməli, canlı yayımlar keçirən alternativ kanalların baxış sayından və yazılan şərhlərdən nəticə çıxarmalıyıq.


Yaxud, başqa bir nümunə: “Azəriqaz” ın sədri Ruslan Əliyev son 4 ayda hər həftə sosial şəbəkələr üzərindən canlı yayımlar edərək minlərlə insanın qarşısında ən sərt suallara cavab verir, video qəbullar keçirir, göstərişlərini açıq kanallarla edir.Deməli, Mirqasiya Xidməti rəhbərinin 3 il əvvəl cəsarətlə çıxdığı çevik ünsiyyət platformasına Hökumətimiz tam tərkidə qoşulsa, dövlətin informasiya siyasəti köklü dəyişər. Lakin bütün hakimiyyət institutlarının davranışları belədirmi? Təəssüf ki, yox! Baxın, 2016-cı ilin 4 günlük aprel müharibəsində qələbəmizdən sonra orduya qarşı qurulan qəsd planı, yaxud onun üçün saxta əsaslar yaradan düşmən hiyləsi nəticəsində övladlarını itirən və onlara qarşı işgəncə faktı məhkəmə qərarı lə təsdiq olunan, lakin dövlətdən üz döndərməyən, buna görə hər cür ehtirama layiq olan analara hərbi strukturlar, eləcə də hərbi prokurorluq və məhkəmə orqanları həm özləri, həm də də cəmiyyətdə nüfuzlu insanlar vasitəsilə məlum linç kampaniyasını durdurmaq üçün tədbirlər görə bilməzdilərmi? Gərək, mütləq ölkə rəhbəri tapşırıq versin? Müavinətləri kəsilən on minlərlə insanın, kredit ala bilməyən sahibkarın və yaxud, haqsız hökm-qərarla üzləşən vətəndaşın qarşısına çıxmamaq da ciddi fəsadlar törədir.

Müasir kommunikasiya vasitələri tamam yeni idarəçilik tələbləri ortaya qoyur. Bizə kənardan mövzu, gündəlik, siyasət və rəy diqtə edənlərin qarşısına yalnız xalqla daimi kommunikasiya ilə çıxmaq olar.Bəs onda hardadır ənənəvi partiya konfransları, hardadır aktivlərlə açıq-olsun virtual görüşlər, canlı yayımlı müşavirə və iclaslar? Gözəl binalara və optik internet resurslarına, yüksək markalı kompüterlərə malik olmaqla iş bitmir. Qələbəmizi sürətlə xərcləmək, əsrlərə yetəcək Zəfərimizi gündəlik hüquq, sosial probelmlər, idarəetmə qayğıları içərisində əritmək olmaz. Tənqid və ittihamçılar təkcə hökuməti, bir strukturu deyil, sonda dövləti hədəf seçirlər.İnformasiya vakuumunun yerini şaiyə və böhtanlar tutur. Dövlət nə qədər işlər görsə də təbliğat və təqdimatlar cəmi bir günə yetir.Axı ictimai rəy təkcə rəsmi vasitələrə formalaşmır.Hər gün insanların qəlbi və ruhu uğrunda əsil “səlib yürüşü” gedir.Ona görə də hamımız qəbul etməliyik-hakimiyyət xalqla kommunikasiya, ünsiyyət, dialoq deməkdir!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.