Parlamentdə peyvənd söhbəti: Əhliman Əmiraslanov izahat verdi
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxış edərkən bildirdi ki, koronavirus pandemiyası ilə bağlı durumdan bəhs etdi.
O, ölkədə peyvəndləmənin gedişindən narahatlığını ifadə etdi. Bildirdi ki, ötən gün ölkədə birinci dozada cəmi 365 nəfər, ikinci dozada isə 3 nəfər peyvənd olunub, bu da aşağı göstəricidir.
Deputat məsələyə ciddi diqqət yetirilməsini zəruri saydı və müvafiq ünvanlara çağırış etdi: “363 nəfər birinci dəfə, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say hansı səbəbdən azdır? Bilmək istəyirəm, vaksin yoxdur, yoxsa insanlar vaskin olunmaq istəmir? İnsanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı salmaq lazımdır. Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”.
Q.Həsənquliyev bildirdi ki, əgər 40 yaşınadək insanlar vaksinasiyada iştirak etmək istəmirsə, o halda yaş həddini aşağı salıb, daha aşağı yaşda olan vətəndaşlarımızın peyvəndlənməsini həyata keçirmək olar.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, ölkədə vaksin problemi yoxdur: “Ölkəmizdə kifayət qədər vaksin var. Yenidən 5 milyona yaxın vaksin ökəmizə gətiriir və vaksin çatışmazlığı yoxdur. Amma vaksinasiyada iştirak etmək istəyən insanların sayı azdır. Milli Məclis də bu məsələdə öz töhfəsini verə bilər. Burada söhbət vaksinasiya işinə biganəliyindən gedir”.
Komitə sədri dedi ki, bir sıra vaksinləri ölkəmizin bir klinikasisında tədqiq edirlər və son mərhələdədir. “İndiyədək 40 yaşından yuxarı insanlar vaksinaskiya olunur. Səhiyyə işçiləri hesab edirlər ki, 40 yaşından yuxarı insanlar vaksinasiya üçün gələcəklər. Əgər bu, olmayacaqsa, o halda yaş həddinin aşağı salınması məsələsinə baxıla bilər”.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.