Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.
Cia.az TQDK-ya istinadən məlumatına görə, "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının birgə səyləri nəticəsində daha bir elektron arayış "Elektron hökumət" portalına inteqrasiya olunub. TQDK tərəfindən təqdim olunan "Vətəndaş haqqında "Tələbə-məzun" dövlət elektron məlumat sistemindən çıxarış" elektron xidməti vasitəsilə artıq vətəndaşlar təhsil aldıqları ali və orta ixtisas təhsili barədə elektron arayışı "Elektron hökumət" portalından asanlıqla əldə edə biləcəklər. Vətəndaş portalda qeydiyyatdan keçərək bu elektron xidmətə daxil olduqda avtomatik formalaşan elektron arayışda aşağıdakı məlumatlar əksini tapır:
Vətənadşın soyadı, adı və ata adı
Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
Qəbul üçün əsas
Təhsil müəssisəsinin adı
Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
Təhsil səviyyəsi
İxtisasın şifri, adı və təhsilalma forması
Təhsil üzrə cari vəziyyət
Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
Diplomun verilməsi haqqında əmrin tarixi
Diplomun növü
Əgər vətəndaş təhsil müəssisəsinə bir neçə dəfə qəbul olubsa, onda hər bir qəbul olma ilə bağlı zəruri məlumatlar elektron arayışda əksini tapır. TQDK tərəfindən portal üzərindən təqdim olunan elektron arayış “Tələbə-Məzun” dövlət elektron məlumat sistemi əsasında hazırlanıb. Sözügedən elektron arayışdan faydalanmaq üçün "Elektron hökumət" portalında qeydiyyatdan keçmək mütləqdir.
"Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti sayəsində artıq saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq. Eyni zamanda, “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin portala inteqrasiyası nəticəsində tezliklə portal üzərindən “Elektron CV”-lərin formalaşdırılması da mümkün olacaq.
"Tələbə-məzun" dövlət elektron məlumat sistemində olan məlumatlar əsasən 1992-ci ildən hazıradək olan dövrü əhatə edir. TQDK tərəfindən elektron ərizə qəbulu 2008-ci ildən etibarən həyata keçirilir və həmin ildən başlayaraq, demək olar ki, bütün məlumatlar tam şəkildə FİN-ə (Fərdi İdentifikasiya Nömrəsi) uyğunlaşdırılıb. 2001-ci ildən 2008-ci ilədək dövr üzrə məlumatlar isə soyad, ad və ünvan üzrə Daxili İşlər Nazirliyinin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi ilə üzləşdirilib və tapılan FİN-lər sistemə əlavə edilib. Buna görə də 1992-2008-ci illər üzrə FİN-ə görə bəzi məlumatlar tapılmaya bilər.
"Tələbə-məzun" dövlət elektron məlumat sistemi 2012-ci ilin mayından istifadəyə verilib. Ona görə də 2012-ci ildən başlayaraq ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslərin diplom haqqında məlumatları təhsil müəssisələri tərəfindən sistemə daxil edilib. Əvvəlki illərin buraxılış kontingentinin diplom haqqında məlumatları isə bəzi təhsil müəssisələri tərəfindən qismən sistemə daxil edilib. Bu səbəbdən də 2012-ci ilədək təhsilini başa vurmuş şəxslərin diplom haqqında və ya digər zəruri məlumatları sistemdə olmaya bilər. Bu problemi aradan qaldırmaq üçün yaxın günlərdə “Əks əlaqə” xidməti aktivləşdiriləcək və FİN-ə görə məlumatları tapılmayan istifadəçilər aidiyyəti təhsil müəssisəsinə sorğu ünvanlaya biləcəklər. Sorğu əsasında vətəndaşın çatışmayan məlumatları sistem administratorunun nəzarəti altında təhsil müəssisəsi tərəfindən sistemə daxil ediləcək və bundan sonra FİN üzrə axtarış etmək və elektron arayışı avtomatik formalaşdırmaq mümkün olacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.