Ermənistanın Vatikandakı keçmiş səfiri, üçüncü prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan erkən parlament seçkilərində iştirak etməyəcək. Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında yazıb. Minasyanın sözlərinə görə, erkən seçkilərdə iştirakı seçki prosesi zamanı lazımsız gərginlik yarada bilər.
"Verdiyim sözə əməl edirəm və yaxınlaşan erkən seçkilərə qatılmayacağımı bildirirəm", - Minasyan əlavə edib.
Ermənistanın Vatikandakı keçmiş səfiri hesab edir ki, hazırkı hakimiyyətin təşkil etdiyi seçkilərə getmək ölkədəki antidemokratik reallığı qəbul etmək deməkdir.
Bundan əvvəl eks-prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının erkən parlament seçkilərində iştirak edəcəyi məlum olub. Sarkisyanın partiyası seçkilərə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Vətən” partiyası ilə bir blokda getməyə qərar verib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.