banner
banner

Gündəm

Nazirdən yüksək vəzifəyə TƏYİNAT

Nazirdən yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, Şahin Babayev nazirliyin Maliyyə və hesabatlıq şöbəsinin müdiri təyin edilib.

Bu təyinata qədər Ş.Babayev “Azərkosmos” ASC-nin Maliyyə departamentinin mühasibat və hesabatlıq qrupunun rəhbəri olub.

Qeyd edək ki, fevral ayının əvvəlində nazir Rəşad Nəbiyevin əmri ilə nazirliyin Maliyyə və hesabatlıq şöbəsinin keçmiş müdiri Gülru Hüseynova tutduğu vəzifədən azad edilmişdi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.