Yaxın illərdə Hövsan qəsəbəsində “Peyk şəhər” adlı unikal layihənin icrasına başlanılacaq.
Cia.az xəbər verir ki, tikinti işlərini həyata keçirəcək "AS Group İnvestment" şirkətindən Azərtac-a verilən məlumata görə, hazırda layihənin kompleks inkişafı üzərində iş gedir. "Peyk-şəhər" tikiləcək sahə kifayət qədər geniş ərazini əhatə edir, ümumilikdə isə qəsəbənin inkişafına və Bakı şəhərinin urbanizasiya ilə bağlı problemlərin aradan qaldırılmasına xidmət edəcək. İnşaat işləri 330 hektar ərazidə görüləcək. Tikintinin birinci mərhələsində 50 hektar sahədə orta mərtəbəli yaşayış binaları və digər infrastruktur obyektlərinin inşası planlaşdırılır.
Layihəyə əsasən burada 3-9 mərtəbəli 220 yaşayış binası, 6,36 hektar ərazidə uşaq bağçası, məktəb, tibb mərkəzi, idman və məşq zalları, mağazalar, kafe və restoranlar, məscid tikiləcək. Ərazinin 8,95 hektarında inzibati binalar, təhsil müəssisələri, 8 hektar sahəni təşkil edən mərkəzi hissədə isə xidmət, yaşayış və inzibati binalar yer alacaq.
Layihənin özəlliyi ondadır ki, kompleks ərazisində 10,7 ha sahədə süni göl yaradılacaq. Bundan başqa salınacaq tematik əyləncə parkı da bu yaşayış massivinin landşaftına xüsusi gözəllik verəcək.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.