banner
banner

Gündəm

Gəncə aeroportu uçuşları bərpa edib

Gəncə aeroportu uçuşları bərpa edib

Gəncədə koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandıran beynəlxalq hava limanının fəaliyyəti bərpa edilib.

APA-nın yerli bürosunun məlumatına görə, aeroportdan ilk reys ötən gün Gəncə-Moskva marşrutu üzrə həyata keçirilib. Bu gün isə Türkiyənin İstanbul şəhərinə uçuş başlayıb. Sabah Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə uçuş nəzərdə tutulub.

Aeroportdan bildirilib ki, hava limanında sərnişinlərin yoxlanılması üçün tibb məntəqəsi yaradılıb. Hava Limanına daxil olunan sərnişinlər tibb işçiləri tərəfindən pandemiya qaydalarına uyğun olaraq, ara məsafəsi gözlənilməklə müayinə olunurlar. Həmçinin maska və dezinfeksiyaedici vasitələrdən istifadə nəzarətdə saxlanılır.

Gəncə hava limanından Gəncə-Moskva reysi həftənin cümə günləri saat 14:30-da yerinə yetirilir. Gəncə-İstanbul istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri saat 08:35-də həyata keçiriləcək. Gəncədən Rusiyanın Sankt-Peterburq şəhərinə isə uçuşlar hər həftənin çərşənbə axşamı saat 12:05-də olacaq.

Qeyd edək ki, Gəncə aeroportunda pandemiya səbəbindən ötən ilin martından uçuşlar dayandırılmışdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.