banner
banner

Dünya

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı - 592 iddiaçı var, 40 nəfəri qadındır

İranda prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı

İranda prezidentliyə namizədlərin qeydiyyatı bu gün yerli vaxtla saat 18:00-da başa çatıb.

APA-nın məlumatına görə, 5 günlük müddət ərzində 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib ki, onlardan 40 nəfəri qadındır.

Bu rəqəm öncəki prezident seçkiləri ilə müqayisədə 2 dəfə azdır. Belə ki, öncəki prezident seçkilərində 1636 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçmişdi ki, onlardan 137 nəfəri qadın idi.

Prezidentliyə namizədlərin qeydiyyatı ilə bağlı bir çox diqqət çəkən məqamlar olub. Bu günün son saatlarında ölkənin Məhkəmə Sisteminin sədri İbrahim Rəisi, sabiq spiker Əli Laricani, İran Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, İran prezidentinin birinci müavini İshaq Cahangiri və “Sepah”ın sabiq komandiri Möhsin Rzayi kimi tanınmış simalar namizəd kimi qeydiyyatdan keçiblər.

Ümumiyyətlə, bu dəfəki prezident seçkilərində 45 tanınmış sima öz namizədliyini irəli sürüb.

Qeyd edək ki, İran Konstitusiyasına Nəzarət Şurası bu gündən namizədliyi qeydiyyata alınanlarla bağlı araşdırmaya başlayıb. Şura may ayının 26-da səlahiyyəti təsdiq olunmuş şəxslərin adlarını elan edəcək. Mayın 28-də isə seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.