Bakının ictimai nəqliyyatında gediş haqqının ödənilməsi üçün vahid ödəniş kartları yaxın günlərdə istifadəyə veriləcək. “Bakı Kart” hesabının doldurulması üçün terminallar artıq Bakı metrosunun bir neçə stansiyalarında quraşdırılıb. Hazırlıq Nəqliyyat Nazirliyi, “Bakubus” MMC və Bakı Metropoliteni tərəfindən görülür. Qeyd edək ki, vahid ödəmə kartını həm metropoliten, həm də avtobuslarda istifadə etmək mümkün olacaq. Yeni kartın qiyməti 2 manat olacaq. İlkin mərhələdə metroda gediş üçün hazırda istifadə edilən kartlarla bərabər yeni kartlardan da istifadə ediləcək. Hazırda paytaxtın 29, 52, 10 saylı avtobuslarında gedişhaqqını kart vasitəsilə ödəmək mümkündür. Nağdsız ödəniş sistemi mayın sonuna 1, 6, 14, 25, 52 və 95 nömrəli avtobus marşrutlarında həyata keçiriləcək.
Qeyd edək ki, avtobuslarda gediş haqqıları bir müddət həm nağd, həm də kart vasitəsilə ödənilə bilər.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.