Ronald Reyqanın müşaviri Putindən Rusiya vətəndaşlığı istədi
ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, Ronald Reyqanın keçmiş müşaviri Suzanna Massi Rusiya vətəndaşlığı istəyib.
Bu barədə NTV məlumat yayıb.
O xatırladıb ki, uzun illər Rusiya və ABŞ xalqlarının yaxınlaşması üzərində işləyib və bu işini davam etdirmək niyyətindədir. Massi qeyd edib ki, bunun üçün o, mütləq Rusiyada qalmalıdır.
“Əgər Prezident Vladimir Putin mənə Rusiya vətəndaşlığı vermək imkanı tapsaydı, bu, mənim üçün şərəf olardı”, - deyə o bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.