Türkiyə prezidenti R.T.Ərdoğan qondarma erməni soyqırımı haqqında danışıb. Ərdoğan Avropa Birliyinə səslənib. O, bildirib ki, Türkiyə hətta hərbi arxivlərini də açmağa hazırdır. Türkiyə prezidenti yenidən erməni tərəfinə səslənərək 1915-ci il hadisələri üzrə arxiv sənədlərinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa çağırıb. Ərdoğan Ankaranın arxivlərini tarixçilər üçün açdığını və analoji addımın Ermənistan tərəfindən atılmasını gözlədiyini qeyd edib. Ərdoğan tarixi hadisələrin ölkə və xalqa qarşı kampaniya üçün istifadə edilməsinə yol verməyəcəyini bəyan edib.
(bizimyol)


