banner
banner

Hərbİ

Raketlərlə bağlı rəsmi məlumat

Raketlərlə bağlı rəsmi məlumat

Rusiya Xarici İşlər nazirliyi İrana təhvil verəcəyi S-300 raketlərinin yaxın zamanlarda göndərilməyəcəyini açıqlayıb.


Axar.az xəbər verir ki, XİN raketlərin tezliklə göndərilməsinin müzakirə mövzusu olmadığını qeyd edib.

 

Bir müddət öncə İranın Müdafiə naziri Hüseyn Dehkan S-300 uzun mənzilli havadan müdafiə sistemlərinin təhvilini nəzərdə tutan müqavilənin Moskvada imzalanacağını və raketlərin bu il ərzində təhvil veriləcəyini bildirmişdi.


Qeyd edək ki, Rusiyanın İrana S-300 raketlərlə bağlı sanksiyanı ləğv etməsindən dərhal sonra ABŞ və İsrail kəskin mövqe ortaya qoymuşdular.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.