banner
banner

Gündəm

Avropa Oyunları zamanı - xüsusi parklanma qaydaları açıqlandı

Avropa Oyunları zamanı -

İdman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi buraxılış vəsiqələri veriləcək 

“Bakı-2015” Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərovun verdiyi xəbərə görə, yarışın keçirildiyi müddətdə idman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi buraxılış vəsiqələri veriləcək: “Vətəndaşlara verilən buraxılış vəsiqələri yalnız idman tədbirləri keçirilən ərazilərdə yaşayan vətəndaşlara aiddir. Əgər vətəndaş öz nəqliyyat vasitəsi ilə həmin ərazidən keçirsə (dayanmadan), sərbəst hərəkət edə bilər. Həmin ərazilərdə yaşayan sakinlər nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş qaydada, yəni müvafiq küçə və prospektlərdə ayrılmış park zolaqları boyu saxlaya bilərlər. Burada əsas məqsəd sürücülərin müəyyən olunan qaydalar çərçivəsində park edilməsinə nail olmaqdır. Kim bu qaydalara riayət etməyəcəksə, həmin sürücülərin avtomobilləri evakuatorlar vasitəsilə təxliyyə olunacaq. İcazə olunmayan yerlərdə avtomobilləri park etmək qadağandır. Məsələn, hansı sakinə icazə verilib başqa bir stadionun ətrafında öz maşınını park etsin, o isə başqa bir stadionun ətrafında park edir, bu da qadağandır”.

 

O deyib ki, sakinlər buraxılış vəsiqələrini müvafiq sənədləri təqdim etməklə yaşadığı ərazi üzrə Mənzil-İstismar Sahələrindən əldə bilərlər. “Vəsiqələr may ayının 15-dən sonra veriləcək. Vəsiqələr avtomobillərin alın şüşəsinə yapışdırılacaq. Vəsiqə itdikdə, yararsız hala düşdükdə yenisi ilə əvəz olunmur”.

 

X. Ələkbərov əlavə edib ki, həmin ərazilərdə yerləşən dövlət qurumları və şirkətlərdə çalışan şəxslərə buraxılış vəsiqələri verilməyəcək: “Əgər həmin qurum və şirkətlərin parkinq ərazisi varsa, ondan istifadə edə bilərlər, əgər yoxdursa, tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə etsinlər”.

 

Şöbə müdiri deyib ki, Bakıdakı bütün avtomobil yolları əvvəlki qaydada işləyəcək, heç bir küçə və prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmayacaq. Bununla yanaşı, ictimai nəqliyyat əvvəlki rejimdə işləyəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.