banner
banner

Gündəm

Baş Prokurorluqdan - agentlik rəhbərinə XƏBƏRDARLIQ

Baş Prokurorluqdan -

Baş Prokurorluq informasiya agentliyinin rəhbərinə xəbərdarlıq edilməsi ilə bağlı məlumat yayıb. Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: “Dünya İnformasiya Agentliyinin (DİA) internet saytında “Qarabağda yeni müharibə anonsu: Tanklarımız cəbhə xəttinə doğru irəliləyir” başlıqlı məqalədə guya son günlər cəbhə xəttində xüsusi gərginliyin müşahidə olunması, Ermənistanın hərbiçiləri tərəfindən intensiv şəkildə ordumuzun mövqelərini atəş altında saxlamaqla davamlı təxribat törətməsi, habelə Silahlı Qüvvələrimizin dislokasiya yerlərinin dəyişdirilməsi ilə bağlı informasiyalar dərc olunmuş, eyni zamanda çoxlu sayda ağır hərbi texnikanın hərəkət etmələrini özündə əks etdirən videogörüntülər yerləşdirilib. Bununla əlaqədar agentliyin baş redaktoru Məhəmməd Zamanov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu internet saytında dövlət sirri, o cümlədən hərbi sirr təşkil edən informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.