Şəhidlər Xiyabanındakı Türk şəhidlərinin məzarı ziyarət edilib.
Axar.az xəbər verir ki, Dünya Azərbaycanlıları Konqresi və Beynəlxalq Diaspor mərkəzinin təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyi qeyd edilib. Onlar öncə Şəhidlər Xiyabanını və oradakı türk şəhidlərinin abidəsini ziyarət ediblər.
Ziyarətçilər daha sonra 100 illik zəfər bayramı ilə əlaqədar Şamaxı yolunda yerləşən "Türk əsgərin məzarı"nı ziyarət etməyə yollanıblar.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.