Mərhum Çili diktatoru Auqusto Pinoçetin nəvəsi, istefada olan kapitan Auqusro Pinoçet Molina “Mənim Vətənim Uğrunda” adlı yeni siyasi partiya təsis edib. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partiyanın vitse-prezidenti Eduardo Toledo 2017-ci il parlament seçkilərində iştiar ketmək niyyətində olduqlarını deyib.
Toledo onu da əlavə edib ki, partiyanın təsis qurultayı noyabrın 25-də, Pinoçetin anadan olmasının 99-cu ildönümünə təsadüf edəcək. Partiyaya Pinoçet ideyalarını təbliğ edən keçmiş ultrasağçı “Müstəqil Demokratik İttifaq” hərəkatının üzvləri də daxil olacaq.
Yeni partiya marixuanadan tibb məqsədləri ilə istifadəyə icazə versə də, onun leqallaşdırılmasına qarşı çıxacaq. Sağlamlıq göstəricilərinə əsasən abtorun olması (hazırda Çilidə bütün növ abortlar qadağandır) və eynicinsli şəxslər arasında vətəndaş nikahının faktiki olmasına, lakin bunun rəsmi nikah sayılmamasına yönəlik qanunlar da “Mənim Vətəmin Uğrunda” Partiyasının seçkiqabağı vədlərindən olacaq.
Auqusto Pinoçet Molina 2006-cı il dekabrın 12-də babasının dəfn mərasimi zamanı söylədiyi nitqə görə hərbi xidmətdən qovulub. Həmin nitq zamanı Pinoçet babasının 1973-cü il sentyabrın 11-də həyata keçirdiyi dövlət çevrilişini alqışlayıb və Pinoçet diktaturası zamanı (1973-1990) törədilən kütləvi icnayətlərə görə babasının təqiblərə mərz qalmasını pisləmşidi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.