banner
banner

Gündəm

Ermənilərə yürüş qadağan edildi

Ermənilərə yürüş qadağan edildi

Rusiyanın Yekatrinburq şəhərində azərbaycanlı gəncin erməni tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən sonra şəhər rəhbərliyi ermənilərə qondarma soyqırımın yüz iliyi ilə bağlı yürüş keçirməyi qadağan edib. 
Yürüş erməni kilsəsindən başlayaraq Belinski və Tveritina küçələrinin kəsişməsinə kimi davam etməli idi. 
Hadisədən sonra şəhər rəhbərliyi və Azərbaycan nümayəndəliyi təhlükəsizliyin təminatı üçün səyləri gücləndirib. 
Məlumata görə, Karl Libknexta küçəsindəki Azərbaycan konsulluğu ərazisində polis mühafizəsinin gücləndirilməsini və binaya bitişik olan parkinq yeridəki maşınların çıxarılmasını xahiş edib. 
Xatırladaq ki, qətl hadisəsi aprelin 19-da baş verib. 27 yaşlı keçmiş futbolçu Emil Hüseynov erməni idmançı Tiqran Çiçakyan tərəfindən qətlə yetirilib. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.