banner
banner

Sosİal

Çernobıl əlillərinə - maddi yardım veriləcək

Çernobıl əlillərinə -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Çernobıl AES-da baş vermiş qəzanın 29-cu ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərin birdəfəlik maddi yardımla təmin edilməsi üçün vəsait ayırıb. 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Cia.az-a bildirilib ki, maddi yardımlar gələn həftə qeyd olunan vətəndaşların bank hesablarına köçürüləcək.

Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə işlərə Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyə qayıdışından sonra başlanılıb. Ulu öndərimizin təşəbbüsü əsasında ölkə parlamenti tərəfindən qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli, 762 nömrəli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycanda ilk dəfə olaraq Çernobıl əlillərinin statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına diqqət və qayğısı Çernobıl əlillərinin də sosial təminatının ilbəil güclənməsinə imkan yaradıb.

Hazırda sosial qanunvericilikdə Çernobıl əlilləri əlilliklərinin səbəbindən asılı olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar” və “Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar” kateqoriyaları üzrə müəyyən olunublar. Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar ölkəmizdə müharibə əlillərinə bərabər tutulan şəxslər kateqoriyasına aid olmaqla, onlarla eyni hüquq və imtiyazlara malikdirlər. Onlar əlilliyə görə sosial müavinət və ya əmək pensiyası almaqla yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər. 

Hazırda Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan I qrup əlillərə 150 manat, II qrup əlillərə 130 manat, III qrup əlillərə isə 100 manat məbləğində Prezident təqaüdü ödənilir. Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verən I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq ayda 60 manat məbləğində Prezident təqaüdü də verilir.

Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə isə aylıq sosial müavinət ödənilir. Qeyd olunanlarla yanaşı, ötən dövrdə Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırlması istiqamətində də tədbirlər görülüb, habelə 195 nəfər Çernobıl əlili dövlət büdcəsi hesabına minik avtomobili ilə təmin edilib. Digər əlillərlə bərabər, Çernobıl əlillərinin sanator-kurort putyovkaları, tibbi-sosial reabilitasiya xidməti və s. ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər aparılır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.