Bu yaxınlarda Facebook yeni "Fshake" adlı bir tətbiqetmə istifadəyə verib. Cia.az-ın məlumatına görə, həmin tətbiqetməni ödənişsiz olaraq "Google Play"dan yükləmək mümkündür. "Fshake" sayəsində telefon istifadəçinin olduğu və ona yaxın olan qonşu şəhərlərdə həmin şəxsə "uyğun" olan adamları tapır. Məsələn, əgər həmin şəxs ailə vəziyyətində subay yazıbsa, subay adamları axtarır. Bundan başqa, telefon "Fshake" yükləyənlərin iş yerinə, musiqi və s. zövqünə uyğun şəxsləri də tapır. Hətta bəzən yeni tətbiqetmə insanın alış-veriş etdiyi markaya görə də adam axtarır. Lakin bəzi insanlar bu tətbiqetməni yükləməsələr də, "Fshake" həmin şəxsləri tapır. Bunun qarşısını almaq üçün insanlar öz facebook hesablarında gizlilik tənzimləmələrinə diqqət etməlidirlər. "Fhsake" axtarışlarından yayına bilmək üçün istifadəçi öz profilinə girməli, "profil" bölməsinə daxil olub "haqqında" hissəsində dəyişiklik edilməlidir. Bunun üçün "ailə və münasibətlər"də göstərilən ailə vəziyyətinin sağ tərəfindəki dünya işarəsini basaraq "dostlar" və ya "dostların dostları" seçilməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.