banner
banner

Gündəm

Zahid Oruc: “Bir həftədə iki yanğın hadisəsi”

Zahid Oruc: “Bir həftədə iki yanğın hadisəsi”

"Bərdə Ticarət Mərkəzində baş verən yanğın 2112 kvadrat metr ərazini, 88 mağazanı əhatə etməklə sahibkarlara xeyli ziyan vurub. Bərdə və qonşu rayonların Yanğın Təhlükəsizliyi əməkdaşlarının hadisəyə müdaxiləsi nəticəsində 200 dən artıq ticarət köşkünün üçdə ikisini xilas etmək mümkün olub. Yanğının erkən səhər saatlarında meydana gəlməsi anındaca müdaxiləyə imkan verməsə də, Mühafizə xidməti əməkdaşlarının fövqəladə hal barəsində operativ məlumatı dərhal əraziyə xüsusi texnikanın gəlməsinə şərait yaradıb. İlkin ehtimala görə, işlək mağazalardan birinin içərisində yerləşən müşahidə kamerasının pristavkasında yaranan alovun artaraq bitişik köşklərə keçməsi, əsasən, geyim və yanğın potensiallı mallarının sürətlə ötürülməsi qısa vaxtda belə geniş sahəyə yayılmasına səbəb olub".

Musavat.com xəbər verir ki, bu sözləri millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, sahibkarların hər birinə dəymiş ziyanın müəyyənləşdirilməsi və ödənməsi ilə bağlı danışıqlar gedir:

"Hadisə yerinə rayon rəhbərliyinin dərhal gəlişi, o cümlədən hüquq-mühafizə orqanlarının ziyan çəkmiş şəxslərin hərəkəti, təhlükəsizliyi üçün həyata keçirdiyi tədbirlər fiziki xəsarət və itkilərə imkan verməyib. Milli Məclisin üzvü kimi hadisə barəsində məlumata alan kimi müvafiq şəxslərlə daimi əlaqədə olmuşuq, eyni zamanda sonrakı tədbirlər barəsində müəyyən bir plan hazırlamışıq.

Dəyən ziyanın miqdarı barəsində sahibkarların məlumatları əsasında ictimaiyyətə məlumat veriləcək. 5 il əvvəl daha kiçik ölçüdə baş verən yanğın hadisəsindən sonra mağazaların mühüm bir qismi yanğından sığorta tədbirlərini həyata keçirib və onların kompensasiya ilə təmin olunması çətin olmayacaq. Lakin pandemiyanın ağır şərtləri altında ticarətlə məşğul olan bərdəli sahibkarların hər birinə dəymiş ziyanın müəyyənləşdirilməsi və onun ödənməsi yolları ilə bağlı müvafiq rəsmi qurumlarla görüşlərimizi davam etdirəcəyik".

Komitə sədri qeyd edib ki, mayın 23-də digər bir ərazidə - çay evində yanğının 10-a qədər mağazaya ziyan vurması ilə indiki hadisənin arasında təxribat, qəsd və digər versiyalı bağlılıq yoxdur:

"Bir həftədə iki yanğın nə qədər arzuolunmaz olsa, sırf təsadüfi hadisədir. Ona görə də KİV-lərdə müxtəlif ssenarilər barəsində şərhlər gerçəkliyi əks etdirmir. Bərdə hər zaman sabitlik və əminamanlıq, zəhmətkeş əhalisi olan bir diyardır. Vətən müharibəsində də erməni faşizmi ən çox mülki insan itkisini bu rayona verdirsə də bərdəlilərin mətin iradəsi yenilməzliyini sübut etmişdi.

Müxtəlif illərdə yaranan belə hadisələr kütləvi xidmət sahələrində fövqəladə hadisələrə çevik reaskiya sistemləri və qurğularının, texniki təhlükəsizlik tədbirlərinin görülməli olduğunu ortaya qoyur".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.