banner
banner

Gündəm

Türkiyə prezidenti - ermənilərə başsağlığı verib

Türkiyə prezidenti -
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarx əvəzi Aram Atəşyana 1915-ci il hadisələrinin anım mərasimi ilə əlaqədar məktub göndərib. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğanın məktubu İstanbuldakı Məryəm Ana erməni kilsəsində keçirilən mərasimdə oxunub.
Türkiyə prezidenti “dəyərli erməni vətəndaşlarım” deyə sözə başladığı məktubunda Birinci Dünya müharibəsi şərtlərində həyatını itirən bütün Osmanlı ermənilərini hörmətlə andığını, onların övladlarına və nəvələrinə başsağlığı verdiyini bildirib: “Osmanlı İmperiyasına və cümhuriyətimizə verdikləri iqtisadi, sosial, mədəni, siyasi töhfələrini daim təqdirlə xatırladığımız erməni icmasının coğrafiyamızın hər yerindəki xatirələrini gözəl duyğularla yad edirəm. İnsanlığın ən böyük fəlakətlərindən olan Birinci Dünya müharibəsində Osmanlı sərhədləri çərçivəsində hər millətdən milyonlarla insan əbədiyyətə qovuşdu. Bu savaç sırasında etnik, dini kimliyi nə olursa olsun, bənzər şərtlər altında həyatını itirən Osmanlı vətəndaşlarının hamısını rəhmət və hörmətlə anıram. Erməni toplumunun keçmişdə yaşadığı üzüntüverici hadisələri bildiyimizi və acınızı samimiyyətlə bölüşdüyümü bir daha ifadə edirəm. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə könül qapımızın sonuna qədər açıq olduğunu da bilməyinizi istərdim”.
 
Qeyd edək ki, erməni kilsəsində keçirilən mərasimdə Türkiyə hökumətini Avropa Bilriyi naziri Volkan Bozkır təmsil edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.