Türkiyənin Diyarbəkir şəhərindən iyrənc hadisə baş verib. Həmin şəhərdə yaşayan 70 yaşlı gözdən əlil və iflic olan qadın zorlanıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Aparılan araşdırmalar və DNT testi nəticəsində əlil qadının 37 yaşlı Abdullah T. tərəfindən zorlandığı üzə çıxıb. Hadisəni törətməkdə şübhəli bilinən 3 uşaq atası saxlanılıb. Dindirilmə zamanı o, ittihamların əsassız olduğunu bildirib. Saxlanılan şəxs verdiyi ifadədə son vaxtlar PKK terror təşkilatı tərəfindən təhdid olunduğunu bildirib. Bunun da ona atılan böhtan olduğunu deyib.
Zərərçəkmiş 70 yaşlı qadın bildirib ki, axşam saatlarında otağında tək olub: “Mənim 1 yaşından sonra gözlərim tutulub. Bir neçə ildir ki, iflic olmuşam. Əlil arabasından qalxa bilmirəm. Həmin gün otağımda tək idim. Qəfil kiminsə mənə hücum çəkdiyini hiss etdim. Məni yerə yıxdı, soyundurdu və zorladı”.
Hadisə şahidi olan qadının qardaşı oğlu isə məhkəmədə bildirib ki, bibisini zorlayan məhz Abdullah T. olub. “Axşam yatmağa hazırlaşırdıq. Birdən bibimin qışqırmasını və ağlamaq səsi eşitdik. Aşağı düşəndə Abdullah T.nin evdən qaçdığını gördük. Əvvəlcə onun oğurluq üçün evə girdiyini zənn etdik. Bibimin otağına girəndə isə onun yerdə çılpaq halda uzandığını gördüm”.
Məhkəmə yaşlı və əlil qadını zorlayan kişiyə 8 il 4 ay həbs cəzası verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.