Bakıya yeni 300 ədəd “İVECO” markalı yeni sərnişin avtobusları gətirilib. ANS PRESS-in məlumatına görə, yeni avtobuslar Avropa standartlarına tam cavab verir. Həmin avtobuslar Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindnə gətirilib. Avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var
Yeni avtobuslardan əlillər də istifadə edə bilər.
Bildirilir ki, yeni avtobuslar I Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə sərnişinlərin ixtiyarına veriləcək. Həmin avtobusları idarə etmək çün xüsusi geyimli sürücülər ayrılıb. Həmin sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.