“100 il əvvəl Gelibolu yarımadasında vətənlərini, şərəflərini qoruyan əsgərlərimiz gözlərini qırpmadan ölümün üzərinə getdilər. Dünyanın dörd yanından gələn əsgərlər də öz xəyalları və hədəfləri üçün əzm və cəsarətlə savaşdılar. Hamısını hörmətlə yad edirik”. Bunu bu gün Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə keçirilən mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. R. T. Ərdoğan bildirib ki, Çanaqqala savaşı bu savaşda iştirak etməyən xalqların da taleyinə təsir etdi: “Bu savaşın dolayı təsir etdiyi xalqların təmsilçiləri də bu mərasimdə yer alır. Birinci Dünya Savaşının sarsıdıcı izləri hələ də qalmaqdadır. Bütün dünyaya barış mesajı vermək üçün Çanaqqalanın, Gelibolunun çox münasib yer olduğunu düşünürəm. Çünki bu savaşın özündə də humanist mesajlar olub”.
Türkiyə prezidenti bildirib ki, 100 il əvvəl Geliboluda yaşanan savaş xalqların ortaq hafizəsində yer alıb: “Çanaqqala qələbəmizin simvolu olduğu qədər də böyük itkilərimizin olduğu bir məkandır. Ona görə də Çanaqqala ilə bağlı türkülər bu gün də yaşamaqdadır. Bu savaşda torpağa yüz minlərlə gəncin arzuları gömüldü. Bu savaşdakı gənclər əsgər olmaqla bərabər, həm də insan idilər, qarşılarındakıları həm də insan kimi gördülər. Əlində anasının şəkli olan yaralı fransız əsgərinə yardım edən əsgərimiz deyib ki, mənim anam yoxdur, onu gözləyən bir anası var. Çanaqqala savaşında çox belə səhnələr yaşanıb. Gözlərimiz yaşarmadan bu hadisələri dinləmək mümkün deyil. Bizim vəzifəmiz yeni savaşların yaşanmaması, gənclərin arzuları yerinə yetmədən məzara gömülmədən üzərimizə düşən vəzifəni yerinə yetirməkdir. Mən burada hər birimiz adından sülhün bütün dünyaya hakim olması üçün çalışmaq yönündə qərarlı olduğumuzu bir daha bəyan edirəm”.
R. T. Ərdoğan Çanaqqala savaşında iştirak etmiş Mustafa Kamal Atatürkün sözlərini xatırladıb: “Atatürk deyib ki, bura bizimlə döyüşməyə gələnlər canlarını verdikdən sonra bizim övladlarımızdırlar. Yeni nəsillərə düşən vəzifə dostluq, sülh mesajına sahib çıxmaqdır. Yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından Çanaqqalanın bütün xalqlara örnək olmasını istəyirik. Terrorizmin, irqçiliyin, islamafobiyanın çarəsi buradadır. Biz bu yüz ili barış yüz ilinə döndərmək üçün hər cür əməkdaşlığa hazırıq. Çanaqqalada savaşmış hər bir millətdən bütün qəhrəmanların önündə sayğı ilə bay əyirəm”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.