banner
banner

Sosİal

Prokurorluq orqanlarına- işə qəbul olmaq istəyənlərin nəzərinə

Prokurorluq orqanlarına-

Baş Prokurorluq orqanlarına sənəd qəbulu başa çatıb.
Cia.az-ın prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant 100 ştat vahidi üzrə müsabiqə elan edilmişdi.
Prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 380 namizəd üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanı mayın 8-də saat 10:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahan Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək (Bakı şəhəri, A.Sultanova küçəsi, 5).
Müsabiqədə iştirak edən namizədlər mayın 5-də və 6-da saat 10.00-dan 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə test imtahanına buraxılış vərəqəsini və imtahanın keçirilməsi qaydalarını əks etdirən "Yaddaş kitabçası"nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Müsabiqədə iştirak edən namizədlərin diqqətinə çatdırılır ki, test suallarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə olunub:

- Azərbaycan Respublikasının Konstitusiyası;
- "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
- "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
- "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya;
- Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
- "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Polis haqqında" Azərbaycan Respublikasının Qanunu;
- "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

Müsabiqə ilə əlaqədar prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə məlumat əldə etmək olar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.