banner
banner

Gündəm

Kəmaləddin Heydərovdan Formula 1 ilə bağlı ƏMR

Kəmaləddin Heydərovdan Formula 1 ilə bağlı ƏMR

Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə nazirliyin açıqladığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, 4-6 iyun tarixlərində Bakı şəhərində Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək. Yarışla əlaqədar olaraq FHN gücləndirilmiş iş rejiminə keçib. Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, yarışın keçiriləcəyi ərazilərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə riayət olunmasının yoxlanılmasının təşkili, habelə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib. Bu çərçivədə, yarışın keçiriləcəyi trek və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət nəzərə alınaraq, şəhərin mərkəzi hissəsində baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının çevik və effektiv alınmasının təmin edilməsi məqsədilə həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumlarının müvafiq şəxsi heyət və texnikasının növbətçiliyi təşkil olunub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.