banner
banner

Gündəm

QMİ-də bu qərara görə narazılıq: Hacı Şahin iclası tərk etdi

QMİ-də bu qərara görə narazılıq:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) iclas zamanı məscidlərin fəaliyyəti ilə bağlı verdiyi qərarlar inanclı kəsim arasında narazılığa səbəb olub.

CİA.Az Ölkə.Az-a istinadən xəbər verir ki, qurumun rəsmi nümayəndələri bununla əlaqədar QMİ-nin toplantısında etirazını ifadə edib.

Belə ki, iclas zamanı "Təzəpir" məscidinin axundu, ilahiyyatçı Mircəfər Eyyubov idarənin səlahiyyətli şəxslərinə yeni qərarlarda yer alan müddəalarla bağlı  suallar ünvanlayıb və iradını bildirib. O, ictimai iaşə obyektlərinin fəaliyyətini əsas gətirib.

Bundan əlavə, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Şahin Həsənlinin konfrans zalını toplantı bitməmiş etiraz əlaməti olaraq tərk etdiyi bildirilir.

Bu barədə din xadiminə yaxınlığı ilə tanınan həmkarı Cavid Pənahlı məlumat verib.

Qeyd edək ki, QMİ-nin açıqladığı yeni qərarların arasında məscidə yalnız namaz vaxtı getmək və namazı bitirdikdən sonra dərhal ibadət məkanını tərk etmək, özü ilə dəsmal, möhür, namaz xalçası gətirmək kimi bəndlərin olması, sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.