Amerikalı aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) qütbləşmə olduğunu bəyan edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi olan məşhur Hollivud ulduzu Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında vətəndaş müharibəsi dövründə Suriyada 4 milyon insanın qaçqın düşməsinə işarə edərək yaşanan qütbləşməni tənqid edib. “Hazırda dünya Suriyada müdafiəsiz insanları qorumaq üçün çox aciz bir nöqtədədir. Düşünürəm ki, biz orada yanan ocağın küllərindən qalxan pisliyə tamaşaçı kimi baxa bilmərik”, - deyə A.Coli təəssübkeşliyini dilə gətirib. Özünü suriyalılar tərəfində olan biri kimi ifadə edən Coli BMT-yə üzv ölkələrin bu mövzuda həmfikir olmamasını BMT TŞ-nin təsir gücünün zəif olması ilə əlaqələndirib. Suriyada böhranın başladığı dövrdən bu günə kimi 11 dəfə oradakı qaçqınları ziyarət edən Coli yaşanan dramın həlli üçün qısa zamanda uyğun siyasi qərarların verilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, 2012-ci ildə 10 il müddətinə bu vəzifəyə seçilən Hollivud ulduzu üç il ərzində əlli tapşırıq üçün 30 ölkəyə ziyarət edib. Buraya; Suriya başda olmaqla, Pakistan, Əfqanıstan, İraq, Syerra Leone kimi ölkələr də daxildir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.