banner
banner

Gündəm

Eldar Mahmudovun bankiri həbs oluna bilər

Eldar Mahmudovun bankiri həbs oluna bilər

Məlumatlara görə, Çingiz Əsədullayevin ölkədən çıxışı yasaqlanıb

2015-ci ilin oktyabrında Eldar Mahmudovun dəstəsinə qarşı gerçəkləşən əməliyyat bir anın içində ona bağlı biznes sahiblərini də çətin duruma saldı. 6 il əvvəl bu günlərdə Çingiz Əsədullayev Bakıdakı “Saatlı bina”dakı evindən çıxıb Kanar adalarına istirahətə getməyə hazırlaşırdı. Heç ağlına da gəlmirdi ki, onun yolunu parlamentdən salan, cibinə deputat mandatı, yaxasına bayraq sancdıran  Eldar Mahmudov 4 aydan sonra hakimiyyət olimpinin zirvəsindən kəllə-mayallaq üzüaşağı buraxılacaq. Onun milyardlara dirənən varidatı, cibindəki mandatı sual altına düşəcək.

 2020-ci ilin yayında Mərkəzi Bank “AGBank”ın ləğvi haqda qərarını açıqladı. Qərarda qeyd olunurdu ki, “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.

Çingiz Əsədullayev: “6 övladım var, ölkəmdən niyə qaçmalıyam ki?..” -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkməklə, 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqe tutdu. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank “xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı. Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun “çətiri” altında idi. Eldar Mahmudov milli təhlükəsizlik naziri olduğu dönəmdə Çingiz Əsədullayev bankı qanunsuzluq yuvasına çevirmişdi. Bank işini nüfuzdan salan, əhalinin banklara inamını azaldan, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, “çirkli pulyuma” əməliyyatları adi hallar idi. Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı bankı öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayev də çökdü. Amma cəzasız qaldı.

Bununla belə, gələn məlumatlara əsasən, onun ölkədən çıxışı yasaqlanıb. Çingiz Əsədullayev daha Kanar adalarına gedə bilmir. Heç bu haqda xəyal qurmaq halında da deyil.  Eldar Mahmudovun generalları Mövlam Şıxəliyev və Nizami Şirinovun bu ilin aprelində həbslərindən sonra onun da “kürkünə birə düşüb”.

Yada salaq ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra 20-dən çox “mahmudovçu” istintaqa cəlb edilmişdi. Lakin Mahmudovun adına bağlı olan cinayətlərin çox hissəsi də araşdılmamış qalmışdı. Cəmiyyətdə belə fikir formalaşmışdı ki, “MTN işi” bu şəkildə gündəmdən çıxarılacaq. Amma 2021-ci ilin aprelində Mahmudovun ən yaxın ətrafına daxil olan 2 generalın həbsi “MTN işi”nin yeni müstəviyə çıxması anlamına gəldi. Mümkündür ki, günlərin birində illərlə Eldar Mahmudovun bank işlərini görən, ölkədən 6 milyarda yaxın vəsaiti özünün “AGBank”ı üzərindən ofşorlara çıxaran Çingiz Əsədullayev də istintaqçıların əlinə keçsin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.