banner
banner

Dünya

Peruda Pedro Kastilyo prezident seçkilərində qalib gəlib

Peruda Pedro Kastilyo prezident seçkilərində qalib gəlib

Radikal solçu “Azad Peru” partiyasının nümayəndəsi Pedro Kastilyo prezident seçkilərində üstünlük əldə edib.

APA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Seçki Prosesləri Ofisi (MSK) tərəfindən səsvermənin ikinci turunun 100% protokollarının öyrənilməsinin nəticələrinə dair yayımlanan məlumatlar göstərir. Bununla belə, hələlik bülletenlərin təxminən 99,2%-i sayılıb. 8 800 081 seçici (50,198%) Kastilyoya səs verib. Onun rəqibi sağçı “Xalqın gücü” partiyasından olan Keyko Fuximori 8 730 535 seçici (49,802%) səsini toplayıb. Səs vermək hüququna malik vətəndaşların 25%-dən çoxu (6,3 milyon) seçki məntəqələrinə gəlməyib.

Səslərin sayılması başlayandan bəri Fuximori kiçik fərqlə liderlik edirdi. Kastilyo məğlubiyyətini etiraf etməmiş və tərəfdarlarını sakit olmağa çağırmışdı, kəndlərdə bülletenlərin işlənməsi başa çatana qədər gözləmələrini təklif etmişdi. Eyni zamanda, solçu radikal partiyanın nümayəndələri MSK-dan bütün səslərin diqqətlə sayılmasını tələb edirdilər.

Perunun yeni seçilmiş prezidenti öz vəzifəsinin icrasına 28 iyulda başlayacaq. Onun səlahiyyət müddəti beş ildir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.