banner
banner

Sosİal

Bakıda böyük dəyişiklik- FOTOLAR

Bakıda böyük dəyişiklik-

Bakının əsas yollarında birində avtomobillərin hərəkətində dəyişiklik edilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Cia.az-a verilən məlumata görə, “20 Yanvar” dairəsində tıxacların aradan qaldırılıb, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görüb.
Əvəllər Sumqayıt istiqamətindən yan yolla şəhərə, “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrinə gözləyərək hərəkətlərini davam etdirirdilər. Nəticədə həmin istiqamətdə böyük tıxac yaranırdı. Bunun qarşısını almaq üçün nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişiliklər edilib.
Belə ki, “Şamaxinka” adlanan ərazidən “20 Yanvar” dairəsinə daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləmədən hərəkətlərinə davam edə biləcəklər. Dairədə hərəkətdə olan nəqliyyat vasitələri isə həmin istiqamətdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalacaq.

Bunun üçün sözügedən ərazidə müvafiq nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb. Şəhər istiqamətindən dairəyə daxil olan nəqliyyat vasitələri isə əvvəlki kimi dairədə hərəkətdə olan nəqliyyat vasitələrini gözləyərək hərəkətlərinə davam edə biləcəklər.

Bundan əlavə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən “20 Yanvar” dairəsində sıxlığın aradan qaldırılması üçün dairəyə gırışdə yolun hərəkət hissələri genişləndiriləb, yolun kənarlarına səki daşları qoyulub. “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti və “3-cü mikrorayon” dairəsinə doğru yan yolarda da hərəkət hissə genişləndirilib. Sözügedən ərazidə yeni asfalt-beton örtüyü çəkilib, nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.







Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.