banner
banner

Sosİal

Sürücülər mütləq oxusun! - FOTOLAR

Sürücülər mütləq oxusun! -

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC İnşaatçılar prospektində Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılıb. 
Qurumun mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlavə tədbirlər görür.
Belə ki, İnşaatçılar prospektində yerləşən dairəyə müxtəlif istiqamətlərdən daxil olan nəqliyyat vasitələri nişanlanma xətlərinin tələblərini pozurdu. Daha dəqiqi Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar və N.Nərimanov prospektindən gələn nəqliyyat vasitələrinə yol vermədən dairəyə daxil olmağa çalışırdılar. Bu da ərazidə nəqliyyat vasitələrinin sıxlığına səbəb olurdu. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC məhz bu istəqamətdən gələn nəliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edib.

Dəyişikliyə görə, artıq Naxçivani və Abdulla Şaiq küçələrindən “Statistika” dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olaraq, sıxlıq yaratmayacaqlar. Çünki prospektdə səki daşları ilə əhatə olunan təhlükəsizlik adacığı quraşdırılıb. Təhlükəsizlik adacığın içərisində yaşıllıq zonası salınıb.

Bundan sonra həmin nəqliyyat vasitələri ancaq düzünə İnşaatçılar prospektinə daxil olaraq “Həyat Recens” oteli istiqamətində və sağa dönərək Bəsti Bağırova küçəsi ilə hərəkətlərinə davam edə biləcəklər. Bu da yalnız İnşaatçılar prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra. Naxçıvani küçəsindən gələrək İnşaatçılar prospekti Dövlət Statistika komitəsinin qarşısında yerləşən dairəyə daxil olmaq istəyən nəqliyyat vasitələri sola Abdulla Şaiq küçəsinə dönməlidirlər. Küçədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ACS tərəfindən N.Nərimanov prospektinə çıxış təmin olunub.

İnşaatçılar prospekti “Həyat Recens” oteli tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin Dövlət Statistika dairəsində maneəsiz şəkildə hərəkəti üçün də müəyyən işlər görülüb. Belə ki, dairə ilə üzbəüz nişanlanma xətləri ilə çəkilmiş təhlükəsizlik adacıqlarının ölçüləri kiçildilib. Nəticədə dairə ilə adacıqlar arasındakı məsafə, yəni yolun hərəkət hissəsi bir neçə metr genişləndirilib. Artıq İnşaatçılar prospektindəki dairədə zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.











Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.