Möhsün Mehrəlizadə İranda prezident seçkilərinə namizədliyini geri götürüb
İranda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş Möhsün Mehrəlizadə seçkilərə 2 gün qalmış namizədliyini geri götürüb.
AZƏRTAC İRNA xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə M.Mehrəlizadə məktubla daxili işlər nazirinə müraciət edib. Namizədin istəyi təmin olunub və onun adı seçki bülletenindən çıxarılıb.
Beləliklə iyunun 18-də İranda keçiriləcək Prezident seçkilərində artıq 7 deyil, 6 namizəd mübarizəni davam etdirəcəklər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.