banner
banner

Dünya

ÜST koronavirusun Afrikada sürətlə yayılmasından narahatdır

ÜST koronavirusun Afrikada sürətlə yayılmasından narahatdır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni variantları sayəsində Afrikada pandemiyanın üçüncü dalğasının güclənməsindən narahatdır.

AZƏRTAC xəbər verir ki, Afrikada koronavirusa yoluxma halları hər həftə orta hesabla 22 faiz artır. Bu məlumatı ÜST-ün Afrika üzrə regional direktoru Matşidiso Moeti təsdiqləyib. O bildirib ki, pandemiyanın üçüncü dalğasını səngitmək üçün Afrika ölkələrinin koronavirus əleyhinə peyvənd partiyalarına təcili ehtiyacı var.

Qeyd edilib ki, Afrikada indiyədək cəmi 12 milyon insan koronavirusa qarşı tam peyvənd olunub. Bu isə qitə əhalisinin bir faizindən də aşağı göstəricidir. ÜST vaksinasiya kampaniyasının tədricən vüsət aldığını da açıqlayıb. Ötən beş gün ərzində qitədə beş milyondan artıq peyvənd dozası tətbiq olunub. Öncəki üç həftə ərzində isə həftəlik göstərici cəmi 3,5 milyon doza olub.

Beynəlxalq qurumun məlumatına görə, Konqo Respublikası, Namibiya və Uqandada pandemiya başlayandan bəri ən yüksək yoluxma halları qeydə alınır. Cənubi Afrikada havaların soyuması və koronavirusun daha yoluxucu variantlarının geniş yayılması yoluxmaların artmasına əsas səbəb kimi göstərilir. Afrikada indiyədək koronavirusun Delta variantının 14 ölkədə, Alfa və Beta variantlarının isə 25 ölkədə yayıldığı təsdiqlənib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.