banner
banner

Gündəm

Rusiyada sorğu - erməniləri ruslara bizdən çox “dost edən” səbəblər...

Rusiyada sorğu -

Elçin Mirzəbəyli: “Sorğu Rusiyanın gələcəyini düşünən gerçək ziyalıları arasında keçirilməyib”

Rusiyada fəaliyyət göstərən Levada Mərkəzi “Ruslar hansı ölkəni dost, hansıları düşmən sayır?” sualı ilə sorğu keçirib. Mərkəzin yaydığı məlumata görə, rusiyalıların fikrincə, onların ölkəsinə hazırda ən dost münasibətdə olan üç ölkə Belarus, Çin və Qazaxıstandır.

Sorğunun nəticələrinə görə, Belarus bu mənada siyahıdakı bütün başqa ölkələri xeyli geridə qoyur. Respondentlərin 58 faizi Belarusu Rusiyaya dost ölkə hesab etdiyini bildirib. Mərkəz bildirir ki, rusiyalıların Belarusa münasibəti 2013-cü ildən yaxşılaşmağa başlayıb və nəhayət, 58-60 faiz civarında qərarlaşıb.

Çini respondentlərin 38, Qazaxıstanı isə 34 faizi dost ölkə adlandırıb.

Rusiyalıların dost hesab etdikləri ölkələrin ilk onluğunda Ermənistan və Azərbaycan da var. Hərçənd respondentlərin 17 faizi Ermənistana, 13 faizi Azərbaycana müsbət münasibət bildirib. Rusiyalılar habelə Hindistan, Qırğızıstan, Suriya, Almaniya və Kubanı Rusiyaya dost ölkələr hesab edirlər. Yeri gəlmişkən, Almaniya bu siyahıda yeganə Avropa İttifaqı üzvüdür.

Sorğuda respondentlərdən ayrıca olaraq hansı ölkəni dost, hansını qeyri-dost saydıqları ayrıca soruşulub. Bu səbəbdən də nəticə faizləri ilk baxışdan aldadıcı görünə bilər.

Sorğunun nəticələrinə görə, rusiyalıların ən pis münasibəti olan ölkə Birləşmiş Ştatlardır. Ən son məlumata görə, rusiyalıların 66 faizi ABŞ-ı Rusiyaya qeyri-dost ölkə hesab edir. Respondentlərin fikrincə, ikinci yerdə 40 faizlə Ukrayna, üçüncü yerdə 28 faizlə Britaniyadır.

Sorğunun nəticələrinə görə, Rusiyaya ən dost olmayan ölkələrin onluğuna Polşa, Baltikyanı dövlətlər, Gürcüstan və Çexiya düşüblər.

Sosioloqlar vurğulayırlar ki, rusiyalıların ABŞ-a münasibəti son bir neçə ayda pisləşib. Lakin bu rəqəm hələ ki 2014-2015-ci illərdəki həddinə çatmayıb. Onda Amerikanı xoşlamayan respondentlər 78 faiz idi.

Əgər ötən mart ayında respondentlərin 40 faizi Amerikaya yaxşı, 42 faizi pis münasibət bəsləyirdisə, may ayında bu rəqəmlər müvafiq olaraq 31 və 54 olub. Sorğunun nəticələrinə görə, rusiyalıların Ukraynaya münasibəti bir neçə ay ərzində xeyli pisləşib. Əgər mart ayında respondentlərin 50 faizi Ukraynaya yaxşı, 35 faizi pis münasibət bəsləyirdisə, bu rəqəmlər hazırda müvafiq olaraq 33 və 55 faizdir.

Ermənistan hər fürsətdə Rusiyaya münasibətdə xəyanət mövqeyi tutur, amma ruslar hələ də erməniləri dost hesab edir. Ermənistan hakimiyyəti Qərbə doğru siyasət götürür, Rusiya televiziyaları və rus dili sıxışdırılır, amma ruslar yenə “erməni’’ deyir. Bunun səbəbləri nədir?

Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların  aydınlaşmasına ehtiyac var” - Editor.az

 Elçin Mirzəbəyli 

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiyada, həm də bu ölkənin hansısa mərkəzi tərəfindən həyata keçirilən sorğunun nəticələrinin obyektiv olduğu inandırıcı deyil. Levada Mərkəzinin keçirdiyi sorğunun də elan olunan nəticələri çox güman ki, ictimai rəyə sırınan təbliğatdan başqa bir şey deyil: “Rusiyadakı mərkəzlər bu ölkədə yaşayan rusların Belarusa münasibətini öyrənməkdənsə, yaxşı olar ki, belarusların Rusiyaya necə münasibət bəslədikləri ilə bağlı sorğu keçirsinlər. Əgər Belarusda obyektiv bir sorğu keçirərlərsə, əhalinin 70%-nin Rusiyaya qarşı necə ikrah hissi bəslədiklərinin şahidi olarlar. O ki qaldı rusların Azərbaycana və Ermənistana olan münasibətlərinin arasındakı 4%-lik fərqə, bu, hətta obyektiv statistika olsa da, təəccüblü görünməməlidir. Axı sorğu Rusiyanın müstəqil düşünməyi bacaran, ölkəsinin gələcəyini düşünən gerçək ziyalıları arasında keçirilməyib. Levadanın seçdiyi respondentlərin əhəmiyyətli hissəsi çox güman ki, simonyanların, solovyovların təbliğatı altında beyni yuyulmuş yarızombilərdir. Onların da müstəqil mövqeyi yalnız spirtli içkiyə münasibətdə özünü büruzə verir”.

Politoloq hesab edir ki, Rusiyada vicdanlı ziyalılar var. 90-cı illərdə onların sayı daha çox idi və təəssüf ki, gerçək rus intellegensiyasının əhəmiyyətli hissəsi hazırda Rusiya sərhədləri çərçivəsində yaşamır: “Onların bir qismi dünyasını dəyişib, bir qismi isə özlərinə yeni həyat qurublar və Rusiyanın postsovet məkanında yürütdüyü siyasətə görə vicdan əzabı çəkməkdə davam edirlər. Mən ömrümün bir neçə ilini həmin o vicdanlı, əxlaqlı, demokratik düşüncəli, işıqlı rus ziyalılarının arasında keçirmişəm. Onların azərbaycanlılara da, ermənilərə də münasibətini yaxşı bilirəm. Rusiyanı həqiqətən də böyük sevgi ilə sevən bu insanlar azərbaycanlılara böyük hörmət bəsləyir, bizim xalqın yüksək mənəvi keyfiyyətlərə malik zəhmətsevər xalq olduğunu deyirdilər. Erməniləri isə xırda hiyləgərliklərinə görə sevmirdilər.

Levada Mərkəzinin keçirdiyi sorğunun nəticələri Rusiyada uzun illərdən bəri aparılan iyrənc təbliğatın  nəticəsidir və əsla Rusiyanın vicdanlı kəsiminin mövqeyini ifadə etmir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.