Erməni iddialarına dəstək verən ölkələri əvvəlcə öz tarixlərindəki ləkələri bir-bir təmizləməyə dəvət edirəm. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, bu məsələdə ən son söz söyləyəcək ölkələr Almaniya, Rusiya və Fransadır. Almaniyanın ötən yüz ildə səbəb olduğu iki ayrı dünya müharibəsi göz önündədir. Ərdoğan bir daha bəyan edib ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı arxivləri açmağa hazırdır. "Hazırda bizim arxivlərimizdə 1 milyon sənəd, məlumat var. Lazım gələrsə, hərbi arxivlərimizi də açmağa hazırıq. Ermənistanda, üçüncü ölkələrdə arxiv varsa, onlar da açsın. Bir daha erməni toplumuna və onları dəstəkləyənlərə səslənirəm. Əgər tarixdəki hadisələrin hesabı bu gün veriləcəksə, bu məsələdə heç şübhəniz olmasın ki, ən rahat ölkə Türkiyədir.
Ey Avropa bizə ağıl vermə, bunu özünə saxla. Niyə? Bizə deyirsiniz ki, arxivlərinizi açın. Biz isə 15 ildir ki, arxivləri açmağa hazır olduğumuzu deyirik. Bunların qulaqları var, amma eşitmir, gözləri var, görmür, dilləri var, həqiqəti demir", - deyə Ərdoğan bildirib.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.