Dünya kişilərinin arzuladığı seksual model - FOTOLAR
Bu gün dünyanın ən arzulanılan qızlarından biri Cici Hadidin 20 yaşı tamam olur. Gözəl bədən quruluşuna malik model hazırda moda jurnallarının ən tələb olunan simalarından sayılır. Qızın baş gicəlləndirən karyerası Tom Fordun eynək reklamından başlayıb. Bir il ərzində gözəlçə ən tələb olunan modellərdən biri olaraq qısa müddətə öz ən yaxın rəfiqələri Kara Delevin və Kendall Djenneri keçib. Cici inşaat maqnatı Məhəmməd Hadid və televiziya aparıcısı İolanda Fosterin ailəsində doğulub. Bir müddət öncə Cici Hadid dənizdə keçirilən əyləncə gecəsində kokaindən istifadə etməkdə ittiham olunmuşdu. Sarışın gözələ ən yüksək qonorarlarla müqavilələr təklif edilir. Seksual manekenin ürəyi çoxdan və möhkəm olaraq müğənni Kodi Simpsona bağlıdı. Cici bütün boş vaxtlarını onunla keçirir.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.