banner
banner

Gündəm

Komitə sədri: “Özünə ailə qura bilməyən adamlar verilişdə camaata ağıl verir”

Komitə sədri:

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli qanun layihəsini təqdim edib. Birinci vitse-spiker qanunun 2019-cu ildə qəbul edildiyini xatırladaraq deyib ki, faktiki olaraq bu qanun bu il iyulun 1-dən qüvvəyə minəcək: “Hazırda 294 mediator təlimdən keçib, sertifikatları var. Mediatorlar üçün 25 yaş, 3 il iş stajı tələbi qoyuldu, hüquq təhsili şərt kimi irəli sürülmədi. Ancaq buna baxmayaraq, sertifikat alanların yarıdan çoxu hüquqşünasdır”.

Komitə sədri Siyavuş Novruzov çıxışında qanunu müsbət xarakterizə etdi. Ardınca efirlə bağlı tənqidi fikirlərini bölüşdü: “Vətəndaşın ailə sirri Azərbaycan Kostitustiyasi ilə qorunur. Halbuki, vətəndaşların ailə problemləri televiziyalarda həll edilir”.

Deputat ailə problemləri mövzusuna həsr edilən televiziya proqramlarını qınadı: “Verilişdə özünə ailə qura bilməyən adamlar camaata ağıl verir. Sənin proqramın yaxşı gedə bilər, reytinqi ola bilər. Sən hansı funksiyanı üzərinə götürüb, insanları birləşdirirsən, ayırırsan, barışdırırsan, hansısa bir adamı kənddə biabır edirsən? Uşaq kiminlə qalmalıdır, kim necə boşanmalıdır – bunlar hamısı hüquqi məsələlədir. İnsanlar öz probleminin həllini televiziya kanallarında axtarırlar. Say azalmaq əvəzinə, artır. Hesab edirəm ki, mediasiya haqqında qanun çox yaxşı layihədir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.