banner
banner

Dünya

Neolit dövründə koronavirus epidemiyası olub - Current Biology

Neolit dövründə koronavirus epidemiyası olub - Current Biology

İyirmi min il qabaq Şərqi Asiyada COVİD-19 pandemiyasına bənzəyən koronavirus epidemiyası baş verib. Bu haqda bir qrup elm adamının apardıqları qlobal araşdırmadan sonra “Current Biology” jurnalında dərc etdirdikləri məqalədə məlumat verilir.

Ekspertlər komandası qədim dövrlərdə bəşəriyyətin koronavirus epidemiyalarına necə alışdığını başa düşmək üçün bütün planet üzrə 26 populyasiyadan olan 2500 insanın genlərini tədqiq ediblər. Nəticədə Çin, Monqolustan, Yaponiya, Koreya, Tayvanda yaşayan yerli əhalinin genetik dəstində koronavirus pandemiyasının izləri aşkarlanıb.

Araşdırmalar nəticəsində Vazoaktiv İntestinal Peptid (VİP) adlanan zülalın rolunu müəyyənləşdirmək mümkün olub. Bu zülal orqanlarda viruslarla qarşılıqlı əlaqənin qurulmasını təmin edir. “İnsanın təkamül etdiyi milyon illər ərzində təbii seçmə prosesi VİP zülalını bir neçə gendə kodlaşdırıb. Nəticədə, onun sintezi 3 dəfə sürətlə gedir”,- jurnal yazır.

 Məlum olub ki, insanın 42 fərqli geni viruslarla əlaqənin qurulmasına cavabdeh olan həmin VİP zülalını istehsal etmək üçün uyğunlaşıb. Onlar əsasən COVİD ilə ən çox təmasda olan ağ ciyərlərdə yerləşirlər.

Araşdırmada Kaliforniya, Adelaida, Kvinslend, San-Fransisko universitetlərinin mütəxəssisləri iştirak ediblər. Yazının tam versiyasını (ingilis dilində) buradan oxumaq olar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.