banner
banner

Gündəm

Azərbaycan 4G ilə əhatə ediləcək

Azərbaycan 4G ilə əhatə ediləcək

2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələri LTE (Long Term Evolution) texnologiyası üzrə internetə mobil genişzolaqlı girişlə əhatə olunacaq. Cia.az-ın məlumatına görə, bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorları qarşısında belə bir şərt qoyub.
Hazırda LTE bazasında kommersiya xidmətini "Azercell" şirkəti göstərir.
Mənbə qeyd edib ki, digər iki operatorun LTE şəbəkələri Bakı və digər iri şəhərlərdə test rejimində işə salınıb: "Yaxın iki ildə onların qarşısında ucqar ərazilər də daxil olmaqla, ölkənin bütün yaşayış məntəqələrini 4-cü nəsil şəbəkə ilə əhatəni təmin etmək tapşırığı qoyulub".

Onun sözlərinə əsasən, əsas məqsəd hər bir vətəndaşın internetə maneəsiz və keyfiyyətli daxil olmasını təmin etməkdir ki, bu da elektron xidmətlərə girişi sadələşdirəcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.