banner
banner

Gündəm

Türkiyədə bu sözü söyləyən- HƏBS EDİLƏCƏK

Türkiyədə bu sözü söyləyən-

Türkiyə məhkəməsi gündəlik həyatda baş verən münaqişələrin az qala hamısında deyilən "lan" sözünü işlədənlərə həbs cəzası istədi. Cia.az-ın məlumatına görə, bu sözün təhqir iddiası səbəbilə məhkəməyə üz tutanların çoxluğu mövzunu gündəmə gətirib.
Təhqir iddialarına baxan Cəza Dairəsi bu iddialarda, "lan" sözünün kobud və narahatedici olaraq qəbul edib verilən cəzaları pozur, bəraət qərarlarını da təsdiqləyirdi. Ancaq bu dəfə mövzu cəza iddialarındakı son qərar yeri olan Baş Cəza Məhkəməsində müzakirəyə çıxarılıb və bu sözün təhqir olduğuna qərar verildi. 
İddiaya mövzu hadisə, Ankaranın Beypazarı mahalında yaşanıb. Atilla adlı şəxs bir iş üçün gəldiyi polis bölməsidə mübahisə edərkən polisə "Yetər, lan" ifadəsini işlətdi. Kişinin polisə belə müraciət etməsi təhqir olaraq qəbul edilir və hadisə ilə bağlı protokol hazırlanır. Atilla barəsində "təhqir" maddəsilə cinayət işinə başlanır və məhkəmə ona 1 il 2 ay həbs cəzası verib. Cəza 7 min lirə pul cəzasına çevrildi. 

Məhkəmənin qərarından narazı olan Atilla Appelyasiya məhkəməsinə şikayət edir. Appelyasıya məhkəməsi məsələni həll edə bilmədikdə işə Baş Prokurorluq qarışır. Cavabdehin "lan" sözünü polisə təhqir etmək niyyətilə söyləyərək onu təhqir etdiyini, polisin şərəf və şərəfini alçaltdığını bildirdi. 
Məhkəmənin qərarı qüvvədə qaldığından Atilla 7 min türk lirəsi cəza ödəməli olacaq və bundan sonra da məhkəmələr "lan" sözünü təhqir qəbul edəcək.

CİA.AZ



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.