banner
banner

Gündəm

Xankəndiyə qanunsuz köç: Bakı hamısını geri qaytaracaq!

Xankəndiyə qanunsuz köç:

Ermənilər ilk dəfə deyil ki, Azərbaycan torpaqlarında süni şəkildə əhalinin sayını artırmağa çalışır. 44 günlük müharibədən öncə də belə cəhdlər olurdu.

Bu sözləri  politoloq Qabil Hüseynli 44 günlük Vətən müharibəsinin bitməsindən bu günə kimi daha öncə Qarabağda yaşamayan 76 ailənin (376 nəfər) Xankəndiyə köçürülməsi haqda erməni mediasının yaydığı məlumatı şərh edərkən deyib.
Q.Hüseynli qeyd edib ki, Xankəndiyə köçürülən ermənilərin sayı həqiqəti əks etdirmir:

“14 noyabr 2020-ci ildən etibarən rus sülhməramlıları ümumilikdə Qarabağa 52,7 min erməni yerləşdirdiklərini açıqlamışdılar. Təbii ki, köçürülüb gətirilmə hələ Qarabağda onların qalıb məskunlaşması demək deyildi. Baxmayaraq ki, köçürülüb gətirilənlərə aylıq müavinət, pulsuz yemək verilir, tibbi xidmət və s. göstərilir, Qarabağa qaytarılanların əksəriyyəti geri qayıtdı və bu gün orada təxminən 30 min civarında erməni yaşayır. Bu rəqəmi Qarabağdakı erməni separatçılarının lideri Araik Arutyunyan da təsdiqlədi. O bildirdi ki, Qarabağda ümumilikdə 35 minə yaxın erməni əhalisi var. Əlbəttə ki, Arutyunyan real rəqəmi demir və belə çıxır ki, Qarabağdakı ermənilərin sayı 30 mindən də azdır. İndi isə Ermənistan heç vaxt Qarabağda yaşamayanları müxtəlif vədlərlə şirnikləndirərək, Azərbaycan ərazilərinə köçürüb məskunlaşdırmaq və burda saylarını artırmaq istəyir”.
Politoloq bildirib ki, Qarabağda yaşamayan 76 ailənin Xankəndiyə köçürülməsi heç nəyi dəyişməyəcək:

“Məsələ ondadır ki, hazırda işğaldan azad edilən Qarabağda bərpa işləri davam edir. Bərpa prosesin ardınca böyük qayıdış planı başlayacaq. Yəni 800 mindən çox azərbaycanlı öz doğma torpaqlarına qayıdacaq. Onu da deyim ki, 27 il öncə bu say 800 min idi, hazırda bu sayın milyonu keçdiyi məlumdur. Yəni lap ermənilərin sayı Qarabağda 50 min olsa belə, 1 milyondan artıq azərbaycanlı ilə birlikdə onlar yenə də azlıq vəziyyətində olacaq. Nəticə etibarilə ermənilərin Qarabağda əhali sayını süni surətdə artırmaq cəhdi onlar üçün yaxşı heç nə vəd etmir”.

Politoloq eyni zamanda bildirib ki, Azərbaycan rəsmi səviyyədə Qarabağda əvvəl yaşayan hər kəsin dəqiq siyahısını bildiyini elan edib:

“Cənab Prezident də çıxışlarının birində qeyd etdi ki, Qarabağda 1991-ci ilə qədər yaşayanların dəqiq siyahısı var və sonradan məskunlaşmanı rəsmi Bakı qəbul etməyəcək. Yəni ermənilərin Qarabağda bu cür məskunlaşma siyasəti özlərinə ziyan vuracaq. Onsuz da həmin şəxslər qanuni şəkildə geri qaytarılacaqlar. Yaxşı olar ki, bu həqiqəti İrəvan indidən dərk etsin, ora köçürülməsinə çalışılan ermənilərin taleyi ilə oynamasın”. /Axar.az

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.