banner
banner

Gündəm

Aqil Abbas: “”Sərhədsiz reportyorlar" Azərbaycana düşmən mövqedədir"

Aqil Abbas:

“Sərhədsiz reportyorlar” təşkilatı hesab edir ki, Azərbaycanda media azadlığı yoxdur. Təşkilatın yaydığı bəyanatda Azərbaycan hakimiyyətinin və siyasi rəhbərliyin mətbuatı və ifadə azadlığını buxovladığı qeyd olunur. Qərbdə mənzillənmiş “Sərhədsiz reportyorlar”, o cümlədən “Amnesty İnternational” kimi təşkilatlar tez-tez Azərbaycanda insan haqları, media azadlığı və demokratiya məsələlərini gündəmə gətirirlər. Lakin bu qurumların marionetka olduqları da şübhə doğurmur. Əslində Qərb dairələrinin təzyiq rıçağı funksiyasını yerinə yetirirlər.

“Yeni Müsavat” xəbər verir ki, bu təşkilat hər il oxşar bəyanatla çıxış edir. Bir qrup jurnalist isə bəyanatla “Sərhədsiz reportyorlar”a etirazını bildirib. Bəyanatda deyilir ki, təşkilatın aşkar manipulyasiyası Azərbaycan cəmiyyətində, eləcə də media ictimaiyyətində təəssüf və hiddət doğurur. “Sərhədsiz reportyorlar” 44 günlük Vətən müharibəsi dövründə öz vəzifə borcunu yerinə yetirmiş Azərbaycan və xarici jurnalistlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmasına heç bir münasibət bildirmədi.

Təşkilat azərbaycanlı jurnalistlər - Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun Kəlbəcərdə mina partlayışı nəticəsində həyatlarını itirmələrinə mahiyyətdən uzaq, ümumi səciyyə daşıyan reaksiya verməklə kifayətləndi. Digər tərəfdən, qurum hər hansı real fakta əsaslanmadan guya azərbaycanlı hərbçilərin Ermənistanla Azərbaycanın sərhədində çəkiliş aparan ispaniyalı jurnalistləri ölümlə hədələdiklərini iddia etdi. Belə yarıtmaz dəst-xətt seçmiş təşkilatın söz və ifadə azadlığının müdafiəçisi qismində çıxış etməsi bu sahədə beynəlxalq səviyyədə ciddi problemlər olduğunu göstərir", - deyə bəyanatda vurğulanıb.

Həmçinin qeyd olunur ki, “Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini davam etdirir: “Qurumun yaydığı hesabatlarda ölkəmizdə söz və ifadə azadlığı, medianın durumu barədə həqiqətə uyğun olmayan iddiaların irəli sürülməsi, müxtəlif reytinq sıralarında Azərbaycanın ən aşağı yerlərdə göstərilməsi, bunu əsaslandırmaq üçün primitiv forma və metodlardan istifadə olunması adi hal alıb. Məqsəd belə vasitələrlə Azərbaycanı gözdən salmaq, onun beynəlxalq müstəvidəki imicini ləkələməkdir”.

Bəyanata Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri Ayaz Mirzəyev, müstəqil jurnalist Orxan Fikrətoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı və digər tanınmışlar imza atıblar.

Aqil Abbas: “Bakıdan birdəfəlik Ağdama köçəcəyəm”

Aqil Abbas 

Deputat, yazıçı, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, Mətbuat Şurası bəyanat yayıb, amma onun imzasının orada qoyulmaması təəssüf doğurur. A.Abbas əlavə etdi ki, belə təşkilatlar Azərbaycana qarşı düşmən mövqedə dayanırlar: “Azərbaycanda azad mətbuat var. Gəlin media səhifələrini açaq, prezidentdən, yüksək vəzifəli məmurlardan yazırlar. Amma buna görə heç kim təqib olunmur. Adını açıqlasınlar ki, hansı jurnalist yazısına görə təqib edilir.

Hələ xaricdə oturub ağzına gələni yazanlar, böhtan danışanlar, təhqir yazan blogerlər var, heç onlarla bağlı hər hansı tədbir görülmür. Halbuki mən istərdim ki, həmin şəxslər barəsində ölçü götürülsün".

A.Abbas bildirdi ki, Azərbaycanda internet azaddır, sosial şəbəkələrdə tənqid yazırlar, internet kanalları müstəqil fəaliyyət göstərirlər: “Onlar da tənqid edirlər, hansı kanalı bağlayıblar? Yəni qərəzli, haqsız bəyanatdır. Deyə bilərlər ki, ”Azadlıq" qəzeti çap olunmur. Amma bu qəzet maddi imkansızlıqdan bağlanıb".

Professor, media eksperti Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, “Azərbaycanda mətbuat azadlığı yoxdur” demək yumşaq şəkildə yanlış yanaşmadır. Onun fikrincə, ölkədə mətbuat azadlığı var: “İnternet kanalları, saytlar var ki, hökumətdən asılı deyillər, sosial şəbəkələrdə hakimiyyət ciddi tənqid olunur. Problem ondadır ki, Azərbaycanda keyfiyyətli media yoxdur. Cəmiyyət üçün faydalı fəaliyyət göstərən media qıtlığı var”.

Qulu Məhərrəmli haqqında DEYİLƏNLƏR... - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Qulu Məhərrəmli

Q.Məhərrəmli hesab edir ki, bu təşkilatlarla işləmək lazımdır: “Onlar müəyyən mənbələrə istinad edirlər, ona görə həmin təşkilatlarla əlaqə qurulmalıdır. Təbi ki, Azərbaycanda bir çox media qurumları və bütün televiziyalar hökumətin nəzarətindədir, amma tənqidi fikir olan  internet kanalları, saytlar da var, bunu demək lazımdır. Ona görə beynəlxalq təşkilatlarla işləməliyik. Eyni zamanda medianın problemlərini açıq şəkildə deməkdən çəkinməməliyik. O zaman faydalı əməkdaşlıq qurmaq olar. Hiss olunur ki, həmin təşkilatlarla münasibətlərdə boşluq var və onu doldurmaq lazımdır, səmimi əməkdaşlıq yaratmaq lazımdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.